Çin rəsmisi: Bu absurd və açıq iyasi təxribatdır...

Pekin Si Tsinpini diktator adlandıran Almaniya xarici işlər nazirinin bəyanatına münasibət bildirib...

Poliqon xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Almaniyanın xarici işlər naziri Annalena Baerbokun Çinin dövlət başçısı Si Tsinpini “diktator” olaraq dəyərləndirə bəyanatını şərh edib.

Mao Ninin sözlərinə görə, Burbokun bəyanatı “absurd” və “açıq siyasi təxribat” xarakterlidir.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, Çin Berlindən kəskin narazılığını ifadə edir və Çin tərəfi diplomatik kanallar vasitəsilə insidentlə bağlı Almaniya tərəfindən ciddi izahat tələb edib.

Poliqon.info