İran bu gün 6 milyardını alacaq, ABŞ məhbuslarını azad edəcək

İran Cənubi Koreyada dondurulmuş aktivlərini bu gün - sentyabrın 18-də alacaq...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

Bildirilir ki, Qətər Vaşinqton və Tehrana İranın 6 milyard dollarlıq dondurulmamış aktivlərinin Dohadakı banklara köçürüldüyünü təsdiqləyib.

Naser Kənani həmçinin bildirib ki, İran və ABŞ bu gün əsir mübadiləsi aparacaq. Onun sözlərinə görə, tərəflər beş məhbusu dəyişdirəcəklər.

Qeyd edək ki, avqustun 10-da ABŞ və İran məhbusların mübadiləsi barədə razılığa gəlib. ABŞ prezidenti Co Bayden administrasiyası ilə İran arasında 5 amerikalı məhbusun azadlığa buraxılması müqabilində Tehranın 6 milyard dollar məbləğində vəsaitinin dondurulmasına dair razılaşma həm demokratların, həm də respublikaçıların tənqidinə səbəb olub.

Daha sonra ABŞ Dövlət Departamenti məhbus mübadiləsi sazişi çərçivəsində Tehrana dondurulmuş 6 milyard dollarlıq aktivlərə çıxış imkanı verməsinə baxmayaraq, İrana qarşı sanksiyaları yumşaltmayacağına aydınlıq gətirib. Amerika Xarici Siyasət Departamenti qeyd edib ki, Vaşinqton İran hakimiyyəti tərəfindən insan haqları pozuntularına və xaricdə sabitliyi pozan hərəkətlərə qarşı durmağa davam edəcək.

Poliqon.info