Zelenski: Putin nüvə təhdidini davam etdirəcək...

Ukrayna lideri Volodimir Zelenski əmindir ki, Rusiya prezidenti Vladimir Putin nüvə müharibəsi təhlükəsindən ABŞ və Avropada qeyri-sabitliyi artırmaq üçün istifadə edir...

Poliqon-nun məlumatına görə, Ukrayna prezidenti CBS telekanalına müsahibəsində qeyd edib ki, Kreml ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkiləri zamanı sabitliyin zəifləyəcəyini gözləyir.

"Düşünürəm ki, o, təhdidlərini davam etdirəcək. İndi ABŞ-da stabiliyin zəifləməsini gözləyir. O, bunun ABŞ seçkiləri zamanı baş verəcəyini düşünür. Avropa və ABŞ-da qeyri-sabitlik axtaracaq. Riskdən istifadə edəcək. Qeyri-sabitliyi gücləndirmək üçün nüvə təhdidindən yararlanır və təhdid etməyə davam edəcək”, deyə Zelenski bildirib.

Poliqon.info