Ağstafada qəza: Avtomobil yola çıxan qoyunları vurdu

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib...

Mediaxeberleri.Az-ın yerli bürosunun xəbərinə görə, hadisə Ağstafa-Sadıqlı yolunun Poylu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "BMW" markalı minik avtomobili hərəkətdə olarkən qəflətən yola çıxan qoyunları vurub. Hadisə zamanı 4 baş qoyun tələf olub, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info