Ərdoğan: Türkiyə ilə ABŞ arasında münasibətləri “zəhərləmək” istəyən qruplar var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ankara ilə Vaşinqton arasında münasibətləri “zəhərləmək” istəyən qruplar var...

Poliqon xəbər verir ki, Türkiyə lideriBMT Baş Assambleyasında iştirakı çərçivəsində Nyu-Yorkda Türkiyə-Amerika Milli Rəhbər Komitəsinin (TASC) təşkil etdiyi şam yeməyində çıxış edib.

"Siz (ABŞ-da yaşayan türklər) burada öz kimliyinizi qorumaqla insanlar arasında körpülər qurur, amerikalıları mədəniyyətimizlə tanış edirsiniz. Qələbəyə gedən yol birlikdən, həmrəylikdən keçir. Türkiyə-Amerika münasibətlərini zəhərləmək istəyən maraq qrupları var. Biz onların qarşısına sədd çəkəcəyik”, deyə Türkiyə lideri bildirib.

Ərdoğan qeyd edib ki, Ankara ilə Vaşinqton arasında münasibətlər hər gün daha da yaxşılaşır. Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenlə dostluğu və əməkdaşlığı gücləndirməyə davam etmək barədə razılığa gəliblər.

Bundan əvvəl Türkiyə lideri Vilnüsdə keçirilən sammitdə Amerika prezidenti Co Baydenlə görüşündə Ankara ilə Vaşinqton arasında münasibətlərin yeni mərhələsinin başladığını bəyan etmişdi.

Poliqon.info