Ərdoğan: Ukrayna üçün sülh prosesində uduzan tərəf olmayacaq...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Ukraynada sülh prosesində uduzan tərəf olmayacaq...

Poliqon xəbər verirki, Türkiyə prezidenti bunu Nyu Yorkda Türk-Amerika Milli Rəhbər Komitəsinin təşkil etdiyi şam yeməyində deyib.

Ərdoğan Ankaranın regional və qlobal böhranların həllində artan vasitəçilik rolunu qeyd edib. O, əmin edib ki, ölkəsi bir çox diplomatik uğurlar əldə edib.

“Biz çoxşaxəli səylərimizi davam etdiririk ki, müharibədə qaliblər və uduzanlar olmayacaq”, deyə Türkiyə prezidenti əlavə edib.

Qeyd edək ki, sentyabrın 4-də o, Soçidə Vladimir Putinlə görüşüb. Onların danışıqları üç saat davam edib və digər məsələlərlə yanaşı, Ukraynadakı hərbi münaqişəyə də həsr olunub.

Poliqon.info