Blinken ilə Quterreş taxıl müqaviləsini müzakirə etdilər

ABŞ dövlət katibi Antoni Blinken və BMT-nin baş katibi Antonio Quterreş şənbə günü telefon danışığında Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı məsələləri müzakirə ediblər.

Poliqon.info Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatında bildirilib.

Onun sözlərinə görə, A.Blinken və A.Quterreş "bir çox məsələləri, o cümlədən Qara dəniz taxıl müqaviləsini", Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını və Haitidəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

"Onlar BMT Baş Assambleyasında ABŞ-ın prioritetlərini, o cümlədən BMT Nizamnaməsinin və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas prinsiplərinə dəstək, 21-ci əsrin çağırışlarına cavab vermək üçün BMT-nin yenilənməsi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq səylərini müzakirə ediblər", - deyə qeyd olunub.

Poliqon.info