Moskvaya dron hücumu oldu

Rusiyanın Moskva vilayətinə dron hücumu olub.

Poliqon.info Trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Telegram" kanalında Moskvanın meri Sergey Sobyanin bildirib.

"Bu gecə Moskva vilayətinin Ramenski rayonunda Moskvaya hücum etmək istəyən daha bir pilotsuz uçuş aparatı vurulub. PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib", - deyə S.Sobyanın yazıb.

Poliqon.info