Bərdədə avtomobil qəzası olub, xəsarət alan var

Bərdədə yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə şəhərin Asif Abışov küçəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Nəsrəddin Kamandar oğlu Balayevin idarə etdiyi VAZ-2107 markalı minik avtomobil yol kənarında dayanmış digər minik maşınına çırpılıb. Qəza zamanı sürücü N.Balayev ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiyəmətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info