Alimlər Parkinson xəstəliyinin ilkin əlamətlərini müəyyən ediblər

ABŞ-dən olan neyrofizioloqlar aşkar ediblər ki, Parkinson xəstəliyi özünü büruzə verməzdən, yəni dofamin neyronlarının ölümündən əvvəl onların arasında sinaptik təmasların fəaliyyətində pozğunluqlar yaranır...

Şimal-Qərb Universitetinin Mətbuat Xidməti bildirir ki, bu əsas disfunksiyanın aradan qaldırılması potensial olaraq xəstəliyin inkişafını dayandıra bilər.

Məqalə cümə günü “Neuron” jurnalında dərc olunub.

Alimlərin sözlərinə görə, Çikaqodakı Şimal-Qərb Universiteti elmi qrupunun kəşfi sayəsində qorxunc və getdikcə yayılan xəstəliyi erkən mərhələdə aşkar edərək zərərsizləşdirmək mümükündür.(Oxu.az)

Poliqon.info