Hakan Fidan: TDT Türkmənistan qazının nəqli ilə bağlı addımlar atır

Türk Dövlətləri Təşkilatı (TDT) Türkmənistan qazının nəqli ilə bağlı addımlar atır...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan 10-cu Dünya Türk İş Assambleyasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu gün Türkiyənin iştirakı olmadan heç bir enerji və nəqliyyat dəhlizlərinin fəaliyyəti səmərəli ola bilməz:

“Bizim Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və TANAP kimi strateji investisiyalarımız var. Biz bütün gücümüzlə bu əməkdaşlığı genişləndirmək üçün Türkmənistan təbii qazını da əhatə etməyə çalışırıq”.

Poliqon.info