Nazir: Almaniya “Taurus” raketlərinin tezliklə Kiyevə çatdıracaq...

Almaniyanın müdafiə naziri “Taurus” raketlərinin tezliklə Kiyevə çatdırılacağını bildirib...

Poliqon xəbər verir ki, Almaniya Müdafiə naziri Boris Pistorius bildirib ki, bir neçə həftə ərzində Almaniya Nazirlər Kabineti Ukraynaya “Taurus” uzaqmənzilli raketlərinin tədarükü ilə bağlı qərar qəbul edəcək. Nazir Kiyevi qərarın gecikdirilməsi ilə bağlı anlayışlı olmağa çağırıb.

Cənab Pistorius qeyd edib ki, raketlərin tədarükü ilə bağlı qərar Ukraynaya inamsızlıq səbəbindən deyil, Almaniya vətəndaşlarının təhlükəsizliyini təminatı üçün təxirə salınır.

“Biz - kansler, mən və kabinetdəki hər kəs - alman xalqına zərər verməmək üçün and içmışik. Bu, bizim vəzifəmizdir”, deyə nazir “Otuz illik müharibə”yə son qoyan Vestfaliya sülhünə həsr olunmuş konfransda qeyd edib.

Poliqon.info