Ərdoğanın 15 müşaviri istefa verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ən azı 15 müşaviri prezidentin komandasını “cavanlaşdırmaq” səyləri çərçivəsində istefa verib...

Poliqon xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazır.

Nəşrin yazdığına görə, bununla bağlı rəsmi açıqlama verilməyib və adətən müşavirlərin işdən çıxarılması ilə bağlı prezidentin xüsusi fərmanı tələb olunur.

Bildirilir ki, bu dəfə onlar prezident fərmanı ilə işdən çıxarılmayıblar, özləri istefa ərizləri yazıblar. İstefa verən müşavirlərin hər biri çağırılaraq komandada cavanlaşma və yenilənmə siyasəti aparıldığı bildirilib.

İstefa verən müşavirlərin yaşı 65-dən yuxarı olub.

Qeyd edək ki, Ərdoğan iyun ayında açıqladığı yeni hökumət kabinetinin 90 faizini yeniləyib.

Poliqon.info