Pentaqon hipersəs silahlarının yerləşdirilməsi tarixini ikinci il təxirə salıb

Artıq ikinci ildir ki, ABŞ Müdafiə Nazirliyi uzun mənzilli hipersəs silahlarının sınaqdan keçirilməsi və yerləşdirilməsi tarixini təxirə salır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi Pentaqonun bəyanatına istinadən məlumat yayıb.

Pentaqonun bəyanatında deyilir: “Biz uzun mənzilli hipersəs silahlarını aktiv şəkildə sınaqdan keçirməyə və yerləşdirməyə davam edirik. Məqsədimiz uğurlu sınaqdan sonra sistemi mümkün qədər tez işə salmaqdır. Bu, ordu və Müdafiə Nazirliyinin modernləşdirilməsinin əsas prioritetidir”, deyə sənəddə qeyd olunur.

Qeyd edək ki, Çin və Rusiya artıq bu tipli yeni silahları yerləşdirdiklərini bildirsələr də, Pentaqon ikinci ildir ki, ilk operativ hipersəs silahının buraxılması üçün nəzərdə tutulan tarixi təxirə salıb.

Xatırladaq ki, keçən il ARRW adlı B-52 bombardmançısının inkişaf modelinin buraxılış aparatının üç uğursuz sınağı bu silahın istehsala buraxılması planlarını relsdən çıxarmışdı.

Poliqon.info