G7 ölkələri Rusiyadan almaz ixracına qadağa qoyur...

G7 ölkələri iki-üç həftə ərzində Rusiyadan almaz ixracına qadağa qoyacağını elan edəcək...

İnkişag etmiş ölkələrin klubu olan G7 ölkələri yaxın iki-üç həftə ərzində Rusiyadan almaz tədarükünə dolayı qadağa elan edəcəklər.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Belçika hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, məhdudiyyət yanvar ayından qüvvəyə minəcək. Qeyd edək ki, Belçika höküməti Rusiyanın almaz hasilatı sənayesinə qoyulan məhdudiyyətlərə qarşı çıxırdı.

Rusiya almazlarının ticarətinə məhdudiyyətlərin tətbiq edilməsini Avropa Şurasının rəhbəri Şarl Mişel may ayında bəyan edib. Sonra Mişel vurğulayıb ki, “rus almazları əbədi deyil”.

Məhdudiyyətlərə qarşı çıxan Belçika, qadağanın “qlobal almaz mərkəzi” olan Antverpendəki almaz ticarətinə təsir göstərə biləcəyini qeyd edib. Qeyd edək ki, ən böyük almaz istehsalçılarından biri olan Rusiyanın “ALROSA” şirkəti artıq ABŞ və Böyük Britaniyanın sanksiyaları altındadır.

Poliqon.info