AFFA rəsmisi Millətlər Liqasının oyununa təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb...

Poliqon milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək Millətlər Liqasının Macarıstan – İrlandiya oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 26-da Budapeştdə reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Poliqon.info