Tramp seçkilərdə qalib gəlsə, özünü əfv etməyəcəyinə söz verib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn il dövlət başçısı olacağı təqdirdə qanunu pozmadığına və ya səhv bir iş görmədiyinə görə özünü əfv edəcəyinin “çox çətin olduğunu” deyib...

Poliqon xəbər verir ki, Tramp NBC telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, bu, çox çətin məsələdir. Mən səhv heç nə etməmişəm”, deyə Tramp kanala müsahibəsində bildirib.

Bundan əlavə, ABŞ-ın keçmiş prezidenti qeyd edib ki, onun artıq prezident kimi son günündə “əfv əldə etmək” imkanı var və bu, onu “bütün vəkillərdən və saxta ittihamlardan” xilas edə bilər.

Poliqon.info