Tramp: Bu Respublikaçıların qisasıdır...

Donald Tramp Baydenə qarşı impiçment təhqiqatının başlanmasını şərh edib...

Tramp Baydenin impiçment prosesinin başlanmasını Respublikaçıların qisası adlandırıb.

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti yazır. Nəşr qeyd edir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydenin impiçment prosedurunun başlamasını Respublikaçılar Partiyasının ondan qisas almaq kimi izah edib.

Tramp 2021-ci il yanvarın 14-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən özünə qarşı impiçment elan edildiyini xatırladıb: “Onlar bunu mənə etdilər”. Onun sözlərinə görə, əks halda respublikaçılar Baydenlə bağlı araşdırmaya başlamazdılar.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Baydenə qarşı impiçment prosesi çərçivəsində araşdırmaya başlanıldığını elan edib. O, həmçinin Amerika liderini və onun komandasını istintaqda əməkdaşlığa çağırıb.

Poliqon.info