Səfir: Almaniya Qarabağdakı "seçkiləri" tanımır

“Federal hökumət nə Qarabağı "müstəqil", nə də orada keçirilən son "seçkiləri" tanıyır”.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" heabında bildirib.

“Almaniya Avropa İttifaqındakı tərəfdaşları ilə birlikdə Ermənistanla Azərbaycan arasındakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, hər iki ölkənin ərazi bütövlüyü çərçivəsində davamlı həlli istiqamətində aparılan bütün səyləri dəstəkləyir”, - deyə diplomat vurğulayıb.

Poliqon.info