ABŞ Rusiyaya görə türk şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək

ABŞ Rusiyaya görə türk şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiyi iddiası ilə 5 türk şirkəti və bir şəxsə qarşı sanksiya tətbiq etməyi planlaşdırır.

“Bu sanksiyalar Rusiya Müdafiə Nazirliyinə bağlı sanksiya tətbiq edilmiş gəmilərin təmirinə yardım etməkdə və “ikili təyinatlı malların” ötürülməsinə yardım etməkdə günahlandırılan gəmiçilik və ticarət şirkətlərini hədəf alır”, deyə adı açıqlanmayan rəsmi bildirib.

Poliqon.info