Rusiyalı oliqarxlar Avropa ölkələrindən ən azı 50 milyard dollar çıxarıb

Beynəlxalq sanksiyalar və Putinin öz sərvətlərini geri qaytarmaq üçün təzyiqləri ilə yüklənmiş rus milyarderləri Moskvanın Ukraynaya müdaxiləsindən sonra Avropa ölkələrindən on milyardlarla dəyərində aktivlərini çıxarıblar...

Poliqon xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Beynəlxalq sanksiyaların təzyiqi altında olan və sərvətlərini Rusiya Federasiyasına qaytarmaq üçün prezident Vladimir Putinin təzyiqi ilə üzləşən rusiyalı milyarderlər Ukraynaya təcavüzün başlamasından sonra on milyardlarla dəyərində aktivlərini Avropadan çıxarıblar”, deyə məlumatda bildirilir.

Keçən ay maqnatlar İqor Şilov və Mark Kurtser tərəfindən idarə olunan "United Medical Group CY Plc" və "MD Medical Group Investments Plc"nin səhmdarları şirkətlərin Cənubi Kiprdən Rusiya Federasiyasına köçürülməsini təsdiqləyiblər. "Bloomberg" məlumatlarına görə, bu, 2022-ci ilin fevralından bəri ən zəngin rusların köçürdüyü aktivlərin ümumi dəyərini ən azı 50 milyard dollara çatdırıb.

Bu addım sərmayədarlar üçün əlverişli hüquqi sistemlərdən, xarici valyutada dividend almaq imkanından və aşağı vergilərdən istifadə edərək, rus milyarderlərinin aktivlərini Avropada saxlaması təcrübəsini pozur. İndi ən varlı rusların əldə etdikləri sərvətləri saxlamaq üçün getdikcə daha az yerləri var, çünki onların əksəriyyəti ABŞ, Böyük Britaniya və ya Avropa İttifaqının sanksiyaları altındadır.

Aktivlərin Rusiya Federasiyasına və Kremlin dost hesab etdiyi ölkələrə, məsələn Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstana köçürülməsi Ukraynanın işğalından az sonra başlayıb.

Poliqon.info