Almaniya Ukraynaya yeni silahlar yollayıb...

Almaniya Ukraynaya 20 “Marder” zirehli maşını və 20 RQ-35 “Heidrun” pilotsuz uçan aparatı təhvil verib...

Poliqon xəbər verir ki, Almaniya Ukraynaya yeni hərbi yardım paketi tədarük edib. Almaniya hökumətinin qərarı ilə Ukrayna silahlı qüvvələri sursatla birlikdə 20 “Marder” piyada döyüş maşını alacaq.

Beləliklə, Berlinin Kiyevə çatdırdığı “Marder” piyada döyüş maşınlarının ümumi sayı 60-a çatıb.Bundan başqa, yeni hərbi yardım paketi çərçivəsində minalardan təmizləmə üçün istifadə edilən 20 RQ-35 “Heidrun” kəşfiyyat pilotsuz uçan aparatı və 2 ədəd “Wisent 1” zirehli texnikası təhvil verilib. Ukrayna Silahlı Qüvvələri həmçinin Almaniyadan 155 mm çaplı 3 min tüstü mərmisi, partlayıcı obyektlərin zərərsizləşdirilməsi üçün material, pilotsuz uçuş aparatları üçün 10 sensor və 1 peyk müşahidə sistemi alacaq.

Poliqon.info