Zaxarova: Rusiya heç vaxt Ermənistanın düşməni olmayıb...

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yenidən Ermənistanla bağlı gərginliyi şərh edib...

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya tərəfinin Ermənistan hakimiyyətinin bəyanatlarına reaksiyası onların qeyri-dəqiqliyi və “faktları öz əksi ilə əvəz etmək” cəhdi ilə bağlıdır.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Zaxarova digər məsələlərlə yanaşı, Ermənistan səfiri Vaqarşak Arutyunyanın Rusiya Xarici İşlər Nazirliyinə dəvətini belə əsaslandırıb.

“Azərbaycanın Dağlıq Qarabağdakı hüquqlarını tanıyan Rusiya deyil, bunu Ermənistan rəhbərliyi edib. Buna necə reaksiya verəcəyi onların, Ermənistan xalqının öz işidir. Amma İrəvanda qəbul edilən qərarların günahını və məsuliyyətini Rusiyanın üzərinə atmağa ehtiyac yoxdur. Rusiyada düşmən axtarmağa ehtiyac yoxdur. Rusiya heç vaxt Ermənistanın düşməni olmayıb və olmayacaq. Bu, heç vaxt olmayacaq”, deyə xanım Zaxarova RİA Novosti-yə iqtisadi forumun kuluarlarında bildirib.

Poliqon.info