Aşqabadda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçirilir

Türkmənistan paytaxtı Aşqabadda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun altıncı iclası keçirilir...

APA xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iclas 11 sentyabrda başlayıb və sabah da davam edəcək.

Tədbirdə Türkmənistan, Azərbaycan, İran, Qazaxıstan və Rusiya Federasiyasının nümayəndə heyətləri iştirak edir. Nazirliyin sözlərinə görə, beş Xəzəryanı dövlətin prezidentləri ötən ilin 29 iyununda Aşqabadda keçirilən altıncı Xəzər sammiti zamanı qeyd ediblər ki, aparılan danışıqların əsas məqsədi Xəzər dənizinə birbaşa çıxış marşrutlarının müəyyən edilməsi metodologiyası haqqında saziş layihəsinin tezliklə təsdiq olunmasıdır.

Xatırladaq ki, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun əvvəlki beşinci iclası ötən ilin dekabrında Moskvada keçirilib.

Poliqon.info