Azərbaycan İsraillə ərzaq təhlükəsizliyində birgə fəaliyyətlə bağı müzakirə aparıb

Azərbaycan İsraillə ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr aparıb...

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

M. Cabbarov qeyd edib ki, bu barədə müzakirələr İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterlə videokonfrans formatında keçirdiyi görüşdə aparılıb.

Nazir vurğulayıb ki, İsraillə iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb.

Poliqon.info