Putin: ABŞ-ın heç bir dostu yoxdur...

Rusiya prezidenti ABŞ-ın tərəfdaşlarına təzyiq etdiyini və Vaşinqtonun dostu olmadığını, yalnız öz maraqları olduğunu bildirib...

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın müttəfiqlərinə və tərəfdaşlarına təzyiq siyasəti yürütdüyünü bildirib. Onun fikrincə, Vaşinqtonun dostları yoxdur, yalnız öz maraqları var.

Poliqon xəbər verir ki, Rusiya prezidenti bunu Şərq İqtisadi Forumunun plenar iclası zamanı deyib.

“Onlar öz müttəfiqlərinə və qondarma “tərəfdaşlarına” təzyiq göstərirlər. Onların dostları yoxdur, sadəcə maraqları var. Bu, Britaniyanın məşhur formulunun davamıdır”, deyə Putin bildirib.

Rusiya prezidenti həmçinin əlavə edib ki, xarici siyasətdə Qərbdə olduğu kimi başqa ölkələrin maraqlarına qarşı zidd addımlar atmaq olmaz.

Poliqon.info