Mənzil alan Vətən müharibəsi qazisi: “Uzun müddətdir ki, kirayə mənzildə yaşayırdım”

Vətən müharibəsi qazisi gizir Hikmət Quliyevə yeni mənzil təqdim edilib...

“Uzun müddətdir ki, kirayə mənzildə yaşayırdım. Əhalinin həssas kateqoriyasından olan vətəndaşlarını hər zaman diqqətdə saxladığı üçün Prezident İlham Əliyevə minnətdaram”.

Bu fikirləri “Report”a Vətən müharibəsi qazisi gizir Hikmət Quliyev deyib.

O qeyd edib ki, bu gün mənzil alan vətəndaşlar sırasındadır və buna görə çox sevinclidir. Murov və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdiyini xatırladan Vətən müharibəsi qazisi bildirib ki, düşmən postuna basqın edərkən yaralanıb: “Prezident İlham Əliyevin sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşam”.

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verib. İlin sonunadək isə əhalinin həssas kateqoriyasından olan şəxslərə ümumilikdə 1500 mənzil təqdim olunacaq.

Poliqon.info