Komissiya rəhbəri: “Səfirliklər viza verilməsinə süni maneələr yaradırlar” - Foto

Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib...

“Səfirliklər viza verilməsinə süni maneələr yaradırlar”.

“Trend” xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib.

“Bəzi Şengen zonası ölkələrinin səfirliklərində görüş günü təyin etmək üçün sistem, demək olar ki, bağlı olur. Görüş günü həftədə 1 dəfə, ayda 4 dəfə, qısa müddətə, günün öncədən bilinməyən saatında açılır. Bu isə görüş gününü təyin etmək istəyən turistlərdə çaşqınlıq yaradır. Bir sıra hallarda təhsil viza müraciətlərində tələbələr çətinliklə viza ala bilirlər.Bəzən səfirliklərdən viza müraciətinə cavab 21 iş günü ərzində deyil, 2 ay və daha gec gəlir. Ya da ortabüdcəli turistlər qəbul edilmir.

Təəssüf ki, bir sıra hallarda səfirliklər çox yüksək əməkhaqqı və ya gəlirlər tələb edirlər ki, turist vizası verməkdə maraqlı olsun. Bəzən isə səfirliklər hotelin ödənilmiş qəbzini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradırlar”, - o qeyd edib.

Poliqon.info