Mərakeş zəlzələ ilə bağlı xarici yardıma həvəsli deyil...

Mərakeş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün xarici yardımı qəbul etməyə tələsmir...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzetinin məlumatında bildirilir. Qəzet yazır ki, Fransa, Almaniya, İtaliya və ABŞ, eləcə də BMT Mərakeşə öz dəstəyini təklif edib. Lakin Rabat yardımı yalnız “dost ölkələr” adlandırdığı Böyük Britaniya, Qətər, İspaniya və BƏƏ-dən qəbul edib. Və bu ölkələr “zəlzələ bölgəsinin ehtiyacları” nəzərə alındıqdan sonra işə başlaya biləcəklər.

WP qeyd edir ki, vəziyyət acınacaqlı olsa da, bununla belə, Mərakeş daha geniş humanitar və texniki yardım təkliflərini qəbul etməyə tələsmir. Qəet Rabatın bu addımını Mərzkeş hakimiyyətinin ölkədəki yaşayış şəraiti haqqında məlumatlara nəzarəti itirməmək və dövlətin problemlərinə işıq salmamaq istəyi ilə əlaqələndirir.

Poliqon.info