Litva Belarus vətəndaşlarına xüsusi xarici pasportlar verəcək

Litvanın daxili işlər nazirinin müavini Arnoldas Abramaviçyus bildirib ki, ölkə ərazisində yaşayan və Belarus pasportu almaq imkanını itirmiş Belarus vətəndaşlarına əcnəbilər üçün xüsusi pasportlar veriləcək...

Poliqon xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Belə pasportlar Litvada yaşamaq üçün rəsmi icazəsi olan, lakin etibarlı pasportları və ya səyahət sənədləri olmayan belaruslara veriləcək. Abramaviçyus qeyd edib ki, əcnəbilər üçün Litva xüsusi pasportunun etibarlılıq müddəti bir ildən çoxdur, lakin ölkə parlamenti bunu artıra bilər.

Daha əvvəl bildirilmişdi ki, Belarus hakimiyyəti xaricdə yaşayan vətəndaşların pasportlarını götürməyə icazə verib. “Sənədlərin verilməsi və hərəkətlərin aparılması qaydası haqqında" 278 saylı fərmanı ölkə prezidenti Aleksandr Lukaşenko imzalayıb.

Belarusun diplomatik nümayəndəlikləri ölkədən kənarda yaşayan belaruslulara köhnə pasportların yenilənməsini və yenilərinin verilməsini dayandıracaq. İndi bu məsələ ilə yalnız yaşayış yeri üzrə son qeydiyyat ünvanındakı daxili işlər orqanları, ayrıca müəyyən edilmiş hallarda isə respublikanın Xarici İşlər Nazirliyi məşğul olacaq.

Poliqon.info