Kim Çen In zirehli qatarı Rusiya sərhədlərini keçib...

Rusiyaya rəsmi səfərə gələn Şimali Koreya lideri Kim Çen Inın zirehli qatarı artıq Rusiya ərazisi ilə hərəkət edir...

Poliqon xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfərə yola düşdüyü zirehli qatarın fotoşəkillərini dərc edib. Bundan əvvəl Kimin Rusiyaya səfəri ilə bağlı məlumatı Kreml də təsdiqləyib.

KCNA-nın məlumatına görə, Şimali Koreya liderini səfərdə KXDR-in xarici işlər naziri Çoy Son Hi, İşçi Partiyasının Mərkəzi Hərbi Komitəsinin sədr müavini Li Byon Çxol və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin hərbi idarəetmə şöbəsinin əməkdaşı Pak Çon Çxon müşaiyət edir. Qatar sentyabrın 10-da Pxenyanı tərk ediblər.

Daha əvvəl The Wall Street Journal qəzetinin yazdığı kimi, Kim Çen Inın pəncərələri qapadılmış xüsusi qatarın vaqonları bomba partlayışlarından qorunmaq üçün poladla örtülüb. Qatar 20 vaqondan ibarətdir. Qatarın əvvəlində və sonunda mühafizəçilər var.

Poliqon.info