Mərakeşdə zəlzələdə ölənlərin sayı 2900-ə yaxınlaşır - Yenilənib

Mərakeşdə zəlzələdə ölənlərin sayı artır...

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2 862 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Asharq News” agentliyi məlumat yayıb.

Yaralı sayı 2 600-ə çatır.

***

APA "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, zəlzələdə ölənlərin sayı 2 681 nəfərə çatıb.

***

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2497 nəfər ölüb.

Təbii fəlakət nəticəsində 2 400 nəfər yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna olunmur.

Xatırladaq ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Poliqon.info