Doğma torpağa qayıdışın sevincini yaşayan Füzuli sakinləri - Video

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir...

Sentyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 92 nəfər köçürülüb.

Doğma torpağa qayıtmağın sevincini yaşayan Füzuli sakinləri öz təəssüratlarını Baku TV ilə bölüşüblər. “Köçkün düşəndə 39 yaşım var idi. İndi 69 yaşım var. Sevincimin həddi-hüdudu yoxdur”, - deyə ata-baba yurduna geri dönən Elxan Abdullayev söyləyib.

Ətraflı videonu təqdim edirik:

Poliqon.info