Hələ də keçid baş tutmayıb - Ceyhun Mirzəyev

Hələ də keçid baş tutmayıb.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev deyib.

Ceyhun Mirzəyev bildirib ki, artıq 13-cü gündür bütün lazımi şəxsi heyət ilə bərabər buradayıq.

"Bildiyiniz kimi artıq 13-cü gündür ki, buradayıq. Müvafiq işçi və könüllü heyətimiz ilə birlikdəyik. Bildiyiniz kimi Rusiya QXC-in ərzaq dolu yük avtomobili Samur keçid məntəqəsindən keçdi. Axşam saatlarında Bərdədə müvafiq ünvana çatdı. Bu gün saat 10-da keçid üçün müvafiq razılaşma olunmuşdu. Lakin hələ də keçid baş tutmayıb. Bununla bağlı biz də gözləmə mövqeyindəyik", - AzQAC-ın Baş katibi əlavə edib.

Poliqon.info