Kürdəmirdə qəza: Xəsarət alan var - Foto

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bizim.media-nın məlumatına görə, hadisə rayonun Bakı prospektində baş verib. 

Belə ki, “Toyota” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən, VAZ-2107 markalı avtomobil arxadan ona çırpılıb.  

Qəza nəticəsində bir nəfər xəsarət alıb. O, təcili tibbi yardım maşınının köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

##galery##

Poliqon.info