Xankəndidəki qanunsuz rejim humanitar yükün Ağdam-Xankəndi yolu ilə qəbuluna razılaşdı

Xankəndidə mövcud olan qanunsuz rejim özünün “informasiya” kanalları vasitəsi ilə Ağdam-Xankəndi yolu ilə humanitar yükləri qəbul edəcəklərini bildiriblər.

Bu barədə “Caliber” məlumat yayıb.

Xatırladaq ki, bu gün Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları göndərilib. TIR-lar Ağdam istiqamətindən hərəkət edir.

Poliqon.info