Separatçılar özlərinə sözdə “prezident” elan ediblər..

Rusiya “sülhməramlıları”nın hamiliyi altında olan Qarabağdakı erməni separatçıları yeni “prezident”lərini elan ediblər...

Poliqon erməni mətbuatına əsasən xəbər verir ki, Rusiya “sülhməramlıları”nın nəzarəti altında olan ərazidə bir daha Azərbaycan və beynəlxalq qanunlar kobud şəkildə pozulub. Özünü separatçıların “parlamenti” adlandıran qanunsuz qurum Semvel Şahramanyanı “prezident” elan edib.

Xatırladaq ki, Azərbaycan Rusiya sülhməramlıların nəzarətindəki ərazidə baş verən bu addımı Azərbaycan və beynəlxalq qanunların kobud şəkildə pozulması kimi qəbukl edir və heç bir halda bu “elanı” tanımır.

Qeyd edək ki, Semvel Şahramanyan daha çox Rusiyapərəst “Qarabağ klanı”nln nümayəndəsi olaraq tanınır.

Poliqon.info