AVRO-2024: Azərbaycan millisi bu gün Belçika yığmasını qəbul edəcək

Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq...

Yığma V tur çərçivəsində Belçika ilə üz-üzə gələcək.

Qrupun favoriti ilə qarşılaşma “Dalğa Arena”da baş tutacaq. İlk üç oyununda hesabına cəmi 1 xal yazdıran Canni De Byazinin kollektivinin şansı o qədər də yüksək qiymətləndirilmir. FİFA reytinqində 5-ci pillədə qərarlaşan belçikalılar Bakıya kifayət qədər ciddi itkilərlə gəlmələrinə baxmayaraq, oyunun favoriti hesab olunurlar.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.

AVRO-2024-ün seçmə mərhələsiV turF qrupu17:00. Azərbaycan – BelçikaBaş hakim: Nenad Minakoviç (Serbiya)Bakı, “Dalğa Arena”

Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3)(report)

Poliqon.info