Aİ Rusiyanın almaz sənayesinə qarşı sanksiyalar hazırlayır

Avropa İttifaqı ölkələri Rusiyanın almaz sənayesinə qarşı sanksiyaların hazırlanması üzərində fəal işləyir...

Poliqon xəbər verir ki, bu barədə Avropa İttfaqı Şurasının rəhbəri Şarl Mişel mətbuat konfransında bildirib.

“Biz həmçinin bir sıra əvvəlki görüşlərdən sonra almaz sənayesinə qarşı sanksiyalar üzərində işləyirik. Düşünürəm ki, bu, daha çox iş görülməli olan sahənin nümunəsidir”, deyə Mişel bildirib.

O, həmçinin qeyd edib ki, Aİ-yə üzv olan ölkələr Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyalardan yan keçmək yollarının qarşısını almağa çalışırlar.

May ayında Şarl Mişel Rusiya brilyantlarının ticarətinə məhdudiyyətlər tətbiq olunduğunu açıqlamışdı. Belçika Rusiyanın almaz hasilatı sənayesinə qoyulan məhdudiyyətlərə qarşı çıxıb. Belçika tərəfinin fikrincə, bu, dünya almaz mərkəzi olan Antverpendə almaz ticarətinə təsir göstərə bilər. Hazırda Rusiyanın almaz hasilatı şirkəti ALROSA ABŞ və Böyük Britaniyanın sanksiyaları altındadır.

Poliqon.info