İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib - Yenilənib

Bu gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun (15,8-ci, 17,2-ci və 18,6-cı km hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb...

İntensiv yağıntılar nəticəsində yaranan sel sularının İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yaratdığı problemlər aradan qaldırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Poliqon-a verilən məlumata görə, aparılan təxirəsalınmaz işlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.

***

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün agentlik tərəfindən işlər aparılır.

Artıq yolun 15,8-ci km hissəsində yol təmizlənərək hərəkət olunub.

Poliqon.info