ABŞ seçicilərinin 70%-i hesab edir ki, ölkədə işlər pis gedir...

Amerikalıların 58%-i Baydenin siyasətlərinin iqtisadiyyata mənfi təsir etdiyinə inanır...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalının məlumatında bildirilib.

CNN/SSRS sorğusu göstərib ki, ABŞ prezidenti Co Baydenin reytinqi 39% səviyyəsindədir. Sorğuya görə, respondentlərin 58%-i cənab Baydenin siyasətinin ölkədəki iqtisadi vəziyyətə təsirini mənfi qiymətləndirib. Bu, bir il əvvəllə müqayisədə 8 faiz çoxdur.

Sorğu avqustun sonunda keçirilib. Onda 1,5 mindən çox insan iştirak edib.

Respondentlərin 70%-i ölkədə işlərin pis getdiyini bildirib. 51% hesab edir ki, hökumət daxili problemləri həll etmək üçün daha çox iş görməlidir. Sorğu iştirakçılarının 58%-i prezident haqqında mənfi təəssüratlarının olduğunu bildirib. 45% Co Baydenin onlara əhəmiyyət verdiyinə inanır, 33% prezident kimi onunla fəxr edir.

Rekord az sayda respondent (28%) bildirib ki, Bayden onlarda etimad yaradır. 26% onun vəzifələrini yerinə yetirmək üçün kifayət qədər fərasətli olduğuna inanır. 73%-i noyabrda 81 yaşı tamam olan Co Baydenin yaşının səhhətinə mənfi təsir göstərə biləcəyindən qorxur. 76%-i hesab edir ki, onun yaşı 2024-cü ildə yenidən seçiləcəyi təqdirdə ikinci müddətə xidmət etmək qabiliyyətinə mənfi təsir göstərəcək.

Poliqon.info