Elçin Əmirbəyov: Paşinyanın bəyanatı əməlləri ilə uyğun gəlmir

Elçin Əmirbəyov Almaniyanın “Deutsche Welle” telekanalına müsahibə verib...

Baş nazir Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair bəyanatı yerdəki real əməlləri ilə uyğun gəlmir.

Poliqon xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində deyib:

“Çünki o hələ də qüvvələrini orada (Qarabağda) saxlayır, onlar hələ də dövlət büdcələrindən separatçı qurumu maliyyələşdirirlər ki, bu qanunsuzdur. Ermənistanın bu 10 min silahlısı Azərbaycanın legitim hərbi hədəfi olublar, çünki bu, Azərbaycan xalqı üçün real təhlükəsizlik riskidir. Ona görə də biz bununla məşğul olmalıyıq. Lakin biz sülh prosesi çərçivəsində bununla məşğul ola bilərik və məşğul olmaq istəyirik”.

Poliqon.info