Estoniyanın Baş naziri könüllü istefadan imtina edib...

Estoniyanın Baş naziri Kallas bir daha könüllü istefa verməyəcəyini təsdiqləyib...

Estoniyanın Baş naziri Kaya Kallas bir daha təsdiqləyib ki, ərinin Rusiyadakı biznesi ilə bağlı qalmaqaldan sonra vəzifəsini könüllü tərk etməyəcək.

Poliqon xəbər verir ki, Kallas qeyd edib ki, hökumət başçısının mümkün istefası ilə bağlı yalnız parlament qərar verə bilər.

“Mən könüllü olaraq Baş nazir vəzifəsindən istefa verməyəcəyəm və bir təklifim var. Müxalifət etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış etsin və əgər onlar çoxluğu mənim istefamı dəstəkləməyə inandıra bilsələr, bu, ən azı konstitusiya və hüquqi alət olacaq. Mənim əsəblərinmlə oynamaq isə qanun çərçivəsində bir yol deyil”, deyə Kallas cümə axşamı hökumətin mətbuat konfransında deyib.

Qeyd edək ki, etimadsızlıq səsverməsinin parlamentdən keçməsi üçün 101 deputatdan ən azı 51-nin dəstəyi lazımdır. Hakim koalisiyanın parlamentdə 60 yeri var.

Poliqon.info