Paşinyan yenidən Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib…

Paşinyan: “İrəvan Qarabağ ermənilərinin təhlükəsizliyi üçün Bakı ilə sülh imzalamağa hazırdır”.

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın “RİA Novosti” Agentliyyi məlumat yayıb.

Siyasətçi Ermənistan tərəfinin 2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci ilin mayında və oktyabrın 6-da Praqada əldə edilmiş razılaşmalara, habelə 2020-ci il noyabrın 9-da Moskvada dövlət başçıları ilə birgə imzalanmış üçtərəfli bəyanata sadiqliyini vurğulayıb.

Paşinyan bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün Bakı ilə Stepanakert arasında dialoq, eləcə də regionla Ermənistan arasında Laçın dəhlizinin blokunun açılması lazımdır.

Baş nazirin sözlərinə görə, bunun əsasında Ermənistan Azərbaycanla sülh və münasibətlərin nizamlanmasına dair razılaşma əldə etmək istəyir.

Ermənistanın Baş naziri həmçinin vurğulayıb ki, İrəvan sülh tərəfdarıdır. Onun sözlərinə görə, ötən həftə Azərbaycan hərbçilərinin bölgədəki təmas xəttində və Ermənistan-Azərbaycan sərhəd zolağında cəmləşməsi səbəbindən Qarabağda hərbi-siyasi vəziyyət daha da gərginləşib.

Paşinyan hesab edir ki, Bakı bununla Dağlıq Qarabağ və Ermənistana qarşı yeni hərbi təxribatlara başlamaq istəyini nümayiş etdirir.

Poliqon.info