Stoltenberq: NATO-da Rumıniyaya qəsdən PUA hücumu ilə bağlı heç bir sübut yoxdur...

NATO-nun Baş katibi Yens Stoltenberq Rumıniyada tapılan və model olaraq Rusiyanın Ukraynadakı hədəflərə zərbə endirmək üçün istifadə etdiyi pilotsuz təyyarəyə bənzəyən PUA ilə bağlı məlumatı şərh edib...

Poliqon xəbər verir ki, Stoltenberq Alyansın “Rusiyanın qəsdən hücumu” ilə bağlı məlumata malik olmadığını bildirib.

“Rumıniya hakimiyyəti PUA-nın qalıqlarının tapıldığını təsdiqləyib. Onlar dünən NATO müttəfiqlərinə məlumat veriblər, araşdırma aparılır. Bizdə Rusiyanın qəsdən hücumuna işarə edəcək hər hansı məlumat yoxdur, araşdırmanın nəticələrini gözləyirik”, deyə NATO-nun baş katibi Avropa Parlamentinin xarici işlər, müdafiə və təhlükəsizlik komitələrinin iclasında bildirib.

Dünən, sentyabrın 6-da Rumıniyanın Ukrayna ilə sərhədində yerləşən Tulça qraflığında dronun bir neçə hissəsi tapılıb. Rumıniyanın müdafiə naziri Anxel Tilvar pilotsuz uçan aparatın Rusiyaya aid olduğunu təsdiqləyib, lakin tapılan elementlərin təhlükə yaratmadığını vurğulayıb.

Sentyabrın 4-də Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib ki, Odessa limanlarına hücum zamanı Rusiyaya məxsus “Gerani-2” təyyarələri Rumıniya ərazisinə düşüb və partlayıb.

Poliqon.info