Estonlar ərinin Rusiya biznesi ilə qalmaqal yaşayan Baş nazirin istefasını istəyir...

"Norstat"ın sorğusunun məlumatları göstərir ki, estoniyalıların əksəriyyəti ərinin Rusiya ilə bizneslə məşğul olduğu üzə çıxan ölkənin baş naziri və hakim İslahat Partiyasının lideri Kaya Kallasın istefasının tərəfdarıdır...

Poliqon xəbər verir ki, respondentlərin 67%-i "Kaya Kallasın Estoniyanın baş naziri postunu tərk etməli olduğuna inanırsınızmı" sualına müsbət cavab verib.

Sorğu iştirakçılarının 27%-i suala “yox” cavabı verib, 6%-i isə öz fikirlərini ifadə etməkdə çətinlik çəkib.

Respondentlərin 72%-i hesab edir ki, Kaya Kallasın ərinin Rusiyadakı biznesi ilə bağlı qalmaqal ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə vurub.

"Norstat" sorğusu sentyabrın 6-da 18 və daha yuxarı yaşda olan Estoniya vətəndaşları arasında onlayn şəkildə aparılıb. Sorğuda 1000 nəfər iştirak edib.

Estoniyanın baş naziri mediada "Stark Logistics" nəqliyyat şirkətinin Rusiya ilə əməkdaşlığı davam etdirməsi ilə bağlı məlumatların peyda olması səbəbindən qalmaqala üzləşib. Söhbət qismən baş nazirin ərinə məxsus olan şirkətdən gedir. Kaya Kallas özü ərinin işi haqqında heç nə bilmədiyini deyib.

Daha sonra Kaya Kallas bildirib ki, əri Rusiya ilə işləməyə davam edən "Stark Logistics"dəki payını “bir sendviç qiymətinə” satıb.

Poliqon.info