BMT bir daha  taxıl müqaviləsini bərpa etməyə çağırıb...

Baş katib Quterreş taxıl sazişinin bərpasını BMT-nin əsas məqsədlərindən biri hesab edir...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş taxıl müqaviləsinin hazırkı vəziyyətini şərh edib. Mətbuat konfransında Quterreş taxıl müqaviləsinin bərpasına çağırıb və bu məqsədi BMT-nin əsas hədəflərindən biri hesab edib.

“Biz bu gün beynəlxalq ticarətin arxitekturası səviyyəsində mövcud olan bir sıra məhdudiyyətləri aradan qaldırmaq üçün mümkün olan hər şeyi etməliyik, yəni burada əsas məqsədlərdən biri Qara dəniz təşəbbüsünü bərpa etməkdir”, deyə BMT-nin Baş katibi vurğulayıb.

Poliqon.info