Sabiq prezidentə 8 il həbs cəzası verilib...

Qvatemalanın keçmiş prezidenti korrupsiyaya görə 8 il müddətinə azadlıqdan məhrum edilib...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Qvatemalanın keçmiş prezidenti Otto Peres Molina daha bir korrupsiya işi üzrə 8 il müddətinə azadlıqdan məhrum edilib. Ölkənin Baş Prokurorluğu təqsirkarın etirafının cəzanın yüngülləşdirilməsinə kömək etdiyini bildirib.

Məhkəmə onu dələduzluğa görə iki il, rüşvət aldığına görə iki il yarım və çirkli pulların yuyulmasına görə üç il yarım həbs edib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Peres Molina cinayət sui-qəsdi və gömrükdən yayınma ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Baş Prokurorluq və BMT-nin Qanunsuzluğa Qarşı Mübarizə Komissiyası 2015-ci ilin yazında gömrük orqanlarının işində geniş korrupsiya sxemi aşkarlayıb. Həmin ilin sentyabrında Peres Molinanın hakim toxunulmazlığı ləğv edilib və oarlament onun istefasını qəbul edib. Daha sonra sabiq prezident məhkəmənin qərarı ilə həbs edilib.

Poliqon.info