Qabonun devrilmiş prezidentinə ölkəni tərk etməyə icazə verilib...

Qabonda hərbi qiyamın təşkilatçıları devrilmiş prezident Əli Bonqo Ondimbeyə ölkəni tərk etməyə icazə veriblər...

Poliqon AFP-ə istinadən xəbər verir ki, bu barədə çevrilişə rəhbərlik edən general Bris Oliqui Nguema məlumat verib.

“Onun hərəkət azadlığı var. İstəsə xaricə də gedə bilər”, deyə general milli televiziyada bildirib.

Polkovnik Ulrix Manfumbi Manfumbi isə əlavə edib ki, qərar Əli Bonqo Ondimbanın səhhəti vəziyyəti nəzərə alınaraq qəbul edilib. O, xaricdə tibbi müayinədən keçmək istəsə, getməyə icazə veriləcək.

Qeyd edilirki, 2018-ci ilin oktyabrında Qabonun devrilmiş prezidenti insult keçirib. Nəticədə onun fiziki vəziyyəti pisləşib, sağ ayağını və qolunu hərəkət etdirməkdə çətinlik çəkir.

Xatırladaq ki, avqust ayında Qabonda prezident seçkiləri keçirilib və nəticədə 64 yaşlı Əli Bonqo Ondimba üçüncü dəfə qalib elan edilib. Avqustun 30-da hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan etdilər və Ondimbanı ev dustağına alıblar. Sentyabrın 4-də Bris Oliqi Nguema keçid dövrü üçün ölkə prezidenti kimi and içib.

Poliqon.info