“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun tərkibinə beş abidə daxil edilib

Baş nazir Əli Əsədov qərar imzalayıb...

Poliqon xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla ölkə əhəmiyyətli memarlıq abidələri olan Alban məbədi (1197-ci il, Tuğ kəndi) və Qırmızı məbəd (1000-ci il, Tuğ kəndi), habelə, yerli əhəmiyyətli memarlıq abidələri - Məbəd (XIII əsr, Tuğ kəndi), Məbəd (1747-ci il, Tuğ kəndi) və Körpü (XVIII əsr,Tuğ kəndinin yaxınlığında) də “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun tərkibinə daxil edilib.

Poliqon.info